Türkiyədəki erməni icmasının rəhbəri: \"Mən soyqırım olduğuna inanmıram\"
Türkiyədəki erməni icmasının rəhbəri Bedros Şirinoğlu bu gün Fransa parlamentində müzakirəyə çıxarılacaq qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin əleyhinə olduğunu bildirib.
\"Today\'s Zaman\" portalı xəbər verir ki, 1915-ci il hadisələri zamanı ulu babasını itirən Şirinoğlu baş verənlərdən çox təəssüfləndiyini bildirib: \"Türkləri tənqid etmək hər iki tərəfə acı verəcək. Şəxsən mən baş verənlərdən təəssüflənirəm. Fransa nəyə nail olmaq istəyir?\".
İcma rəhbəri ulu babasının 1915-ci il hadisələrində öldürülməsinə baxmayaraq, o bu hadisələri soyqırım hesab etmədiyini deyib: \"Zorla \"soyqırım\" terminini qəbul etdirmək olmaz. Mən inanmıram ki, bunlar soyqıımı olub\".
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB