Britaniya təşkilatlarının Azərbaycanı avtoritar ölkə adlandırmasına rəsmi münasibət bildirildi
\"Təəssüflər olsun ki, son zamanlar bu kimi təsnifatları aparan beynəlxalq təşkilatların çoxu obyektiv meyarlardan, təhlillərdən çıxış etmirlər, hansısa mərkəzlərin, təşkilatların, qurumların və yaxud dövlətlərin sifarişini yerinə yetirirlər\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəzi Britaniya təşkilatlarının Azərbaycanı avtoritar ölkə adlandırması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, dünyada qloballaşmanın vüsət aldığı bir dövrdə hər hansı bir dövlətin yürütdüyü siyasət kimlərisə qane etmir, onun iqtisadi, siyasi, sosial sahədə həyata keçirdiyi layihələr kimlərinsə maraqlarına cavab vermir: \"Bu baxımdan biz bu təsnifatların çoxunu subyektiv dəyərləndiririk və faktiki olaraq onlara bir o qədər də reaksiya vermirik. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasət Azərbaycan xalqının iradəsinə söykənir və bunun əsas meyarı da Azərbaycan xalqının dinc, firavan həyatıdır, Respublikanın dünyada öz maraqlarını, təhlükəsizliyini təmin etməsidir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB