Gürcüstanın baş naziri: “Azərbaycan və Gürcüstan arasında dostluq təkcə prezidentlər səviyyəsində deyil, həm də xalqlar arasında mövcuddur”
Azərbaycan və Gürcüstan arasında dostluq təkcə prezidentlər səviyyəsində deyil, həm də xalqlar arasında mövcuddur. SİA-nın "Qruziya-online" saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan-Gürcüstan Hökumətlərarası komissiyanın Tiflisdə keçirilən iclası zamanı Gürcüstanın baş naziri Nika Qilauri bildirib.
Son illər ərzində iki ölkə arasında mal dövriyyəsinin 60 faiz artmasını deyən Nika Qilauri bildirib ki, Gürcüstana gələn turistlərin sayının çoxalması xalqlar arasında münasibətlərin yüksək səviyyədə olmasının əyani sübutudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB