Azərbaycanla bağlı reklam çarxları Krım televiziyasında yayımlanacaq
"Azərbaycanın tanıdılması məqsədi ilə Krım televiziyalarında təmənnasız reklam çarxları yayımlana bilər". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycanda işgüzar səfərdə olan Krımın kurort və turizm naziri Aleksandr Liyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, artıq onlar azərbaycanlı həmkarlarına "Evrovision" mahnı müsabiqəsi ilə bağlı reklam çarxlarının Krım televiziyalarında təmənnasız yayımlanması təklifini irəli sürüb. Eyni zamanda Aleksandr Liyev qeyd edib ki, Krım Azərbaycanla təkcə turizm yox, bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu məqsədlə də gələn ildən başlayaraq ölkələrarası əlaqələr sadə və genişləndirilən formada həyata keçiriləcək.
Turizim naziri həmçinin bildirib ki, onlar azərbaycanlılar üçün daha maraqlı turlar təşkil etməyi planlaşdırır. Bu məqsədlə də gələn ilin fevral ayında Azərbaycandan Krıma böyük infoturun həyata keçirilməsi gözlənilir.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB