Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib

Ölkə prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Eveline Vidmer-Şlumpfanı təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-İsveçrə əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram\".


Bütün xəbərlər Facebook səhifəmizdə