Məlahət İbrahimqızı: “ATƏT-in Minsk qrupu münaqişəyə laqeyd münasibət göstərir və problemin həllində maraqlı deyil”

Məlahət İbrahimqızı: “ATƏT-in Minsk qrupu münaqişəyə laqeyd münasibət göstərir və problemin həllində maraqlı deyil”

\"Ermənistan dövlətinin başında duran Serj Sarkisyan, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına məsuliyyət daşıyan ATƏT-in Minsk qrupu münaqişəyə laqeyd münasibət göstərir və problemin həllində maraqlı deyil\". Bu sözləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, rəsmi İrəvanın mövqeyi bəllidir: "Ermənistan münaqişənin həllində destruktiv mövqe nümayiş etdirir və hər dəfə irəliləyiş əldə olunacağı təqdirdə bir bəhanə ortaya atır, danışıqların sürətlənməsinə mane törədir".

Millət vəkili hesab edir ki, münaqişənin öz həllinin hələ də tapmamasında ATƏT-in Minsk qrupu dövlətlərinin günahı da az deyil. Belə ki, hər üç dövlət 20 ildir ki, konkert nəticə ortaya qoymayıb və trioda mövcud erməni lobbisinin diktəsi qəbuledilməzdir: "Məsələn, Fransa parlamenti qondarma erməni soyqırımını tanımayanların həbs olunması barəsində qanun layıhəsini müzakirəyə çıxarıb, 1997-ci ildə isə Rusiya parlamenti sözdə erməni soyqırımını tanıyıb. Rusiya açıq aşkar Ermənistanı hər sferada dəstəkləyir. Ermənistanın da destruktiv mövqe göstərməsi bundan qaynaqlanır. Yoxsa Azərbaycanın gücü bütün istiqamətdə Ermənistanı üstələyir. Ermənistan Azərbaycanla heç bir müstəvidə müqayisə oluna bilməz. Həmçinin haqq, ədalət bizim tərəfimizdədir".

Məlahət İbrahimqızı deyir ki, Ermənistana dəstək təkcə qərbdən yox din və qardaş ölkə olan İrandan da gəlir: "Rəsmi Tehran beynəlxalq sənədlərdə işğalçı kimi qeyd olunan dövlətə yardım edir. Bu da işğalçıya nəfəs verir və ruhlandırır. Ona görə də, Ermənistan rəsmiləri münaqişənin nizamlanmasından yayınır. Bu çox təəssüfedici haldır. Lakin istənilən halda görüşlərin davam etdirilməsi vacidbdir. Çünki, görüşlər nəticəsində problemin çözülməsi istiqamətində irəliləyiş əldə olunur, qaranlıq məqamlar aşkar olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə