ABŞ-Azərbaycan hərbi-siyasi əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

ABŞ-Azərbaycan hərbi-siyasi əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı Uilyam Freyzeri qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə regiondakı vəziyyət, ABŞ-Azərbaycan hərbi-siyasi əlaqələrinin mövcud durumu və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Anti-terror əməliyyatları və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də görüşün əsas müzakirə mövzularından olub.

Bütün xəbərlər Facebook səhifəmizdə