Vitse-spikerdən Livan prezidentinə cavab: “Ayrı-ayrı şəxslərin söylədikləri fikirlər o qədər önəmli deyil”
"Danışıqlar prosesinin bu günki vəziyyətini və Ermənistanın bu günə qədər tutduğu mövqeyi nəzərə alsaq, bir görüşdən son nəticə gözləmək mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycan, Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın gələcəkdə nəzərdə tutulan görüşünə münasibət bildirərkən deyib: " Cari ilin yarısından sonra müşayət olunan ümidlərin olduğu şəraitdə yenidən prezidentlərin danışığa getməsi və müzakirə üçün bir araya gəlməsi bu mərhələnin hələ baş çatmadığını və sülh imkanlarının hələ də tükənmədiyini göstərir. Qarşıdakı il də bu il kimi intensiv olacaq və bu danışıqlar 2012-ci ildə tərəflər məsələyə əvvəlki kimi münaqişənin sülh yolu ilə həll etmək istəyində olduqlarını bir daha ortaya qoyacaq".
Bahar Muradova həmçinin Livanın prezidenti Mişel Süleymanın "Qarabağ məsələsi beynəlxalq hüquq çərçivəsində, "xalqların öz müqəddəratını" təyin etmək hüququ əsasında həll olunmalıdır" bəyanatına da münasibət bildirib: "Erməni informasiya agentlikləri bu barədə məlumat yayıblarsa, ola bilər ki, onun söylədiklərini öz maraqlarına uyğun şəkildə təqdim etsinlər. İstənilən halda faktın özünü ilkin mənbədən öyrənmək lazımdır. Amma hətta buna bənzər fikir olubsa əgər, hesab edirəm ki, hərtərəfli söylənilməyən fikirdir. Yenə də mən bunu öz gözümlə oxumadığım üçün birmənalı şərh vermək istəmirəm. Amma bu faktdır ki, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ayrı-ayrı ölkələrin rəsmiləri çox zaman hər iki prinsipin ikisinin də adını çəkirlər. Erməni tərəfi isə hər zaman birini ixtisara salıb, ikincisini əlində rəhbər tutur. Ona görə də, düşünürəm ki, beynəlxalq hüququn prinsipi əsasında bu məsələnin həll olunması vacibliyini vurğulayan sənədələrin ortada olması və həmsədrlərin xüsusuilə ATƏT-in nazirlər şurasının son iclasında verilən bəyanatın məzmununu nəzərə alaraq hesab edirəm ki, ayrı-ayrı şəxslərin söylədikləri fikirlər o qədər önəmli deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB