Məzahir Pənahovun sədrliyi ilə dekabrın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, əvvəlcə Komissiyanın 2011-cu il 17 noyabr tarixli iclasının protokolu təsdiq edilib. Sonra "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları" layihəsi müzakirə olunaraq təsdiqlənib.
İclasda cari il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. MSK qərara alıb ki, həmin müraciət araşdırılması üçün aidiyyəti üzrə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi dairə seçki komissiyasına göndərilsin.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB