Ziyad Səmədzadə: \"Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaq\" - MÜNASİBƏT
Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun haqqında aylarla, illərlə danışmaq olar. Müasir Azərbaycan dövlətinin qurucusu, memarı Heydər Əliyevin sayəsində Azərbaycan bu dünyada tanınan, inkişaf edən, çiçəklənən bir respublikadır". Millət vəkili Ziyad Səmədzadə SİA-ya açıqlamasında bildirib ki, artıq dünya Azərbaycanla hesablaşır, regionda lider dövlətə çevrilib.
Onun sözlərinə görə, Azərbaycan bu gün çox böyük əhəmiyyət kəsb edən transmilli layihələrdə iştirak edir.
Z.Səmədzadə qeyd edib ki, müstəqil Azərbaycanın yaşamasını, inkişaf etməsini, uğurlarını, dövlətin müstəqilliyini bizə ulu öndər Heydər Əliyev bəxş edib: "Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyata keçməsi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Buna görə də Heydər Əliyev əbədi yaşar bir liderdir. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB