YAP Qobustan rayon təşkilatının VI konfransı keçirilib

YAP Qobustan rayon təşkilatının VI konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının VI konfransı keçirilib. SİA-nın xəbərinə görə, YAP idarə heyətinin üzvi Kərim Kərimov, \"Səs\" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP icra katibliyinin nümayəndəsi Qalib Əsgərovun iştirak etdiyi konfransa Azərbaycan Respublikasının dövlət himninin səsələnməsi və ümummilli lider Heydər Əliyevin və V konfrandan ötən dövr ərzində həyatını itirmiş YAP üzvlərinin əziz xatirsəinin 1 dəqiqə sükutla yad edilməsi ilə start verilib.

Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev Partiyanın nizamnaməsinə uyğun olaraq oktyabr ayında 52 təşkilatda keçirilən hesabat-seçki yığıncağında konfransa 240 nəfər nümayəndənin seçildiyini və konfransın işində 221 nəfərin iştirak etdiyini söyləyib. Birdirilib ki, ötən konfransdan keçən dövr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm inkişa mərhələsi kimi yadda qalıb. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, köklü islahatların aparılması ölkəmizin dünya birliyində layiqli yer tutmasına gətirib çıxarıb.

Daha sonra Nəzarət Təftiş qrupunun sədri Eldar Namazov, YAP gənclər birliyi rayon təşkilatının sədri Rəşad Hüseynov, YAP Qadınlar Şurası rayon təşkilatının sədri Lalə Maxsudova, Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov və digərləri çıxış edərək ötən dövr ərzində rayonda görülmüş işlərdən və YAP-ın fəaliyyətindən danışıblar.

\"Səs\" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə məruzə ilə çıxış edərək qobustanlıların həmişə seçkilərdə fəallıq göstərdiklərini, ölkə quruculuğunda yaxından iştirak etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. B.Quliyev ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında möhtəşəm quruculuq işlərindən bəhs edib. Partiyanın gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Konfransda YAP Qobustan rayon təşkilatının 23 nəfərdən ibarət şurası, 11 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib. Füzuli Qərib oğlu Güləliyev yenidən Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri seçilib.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə