Sarkisyan - asta qaçan namərddir

Ermənistan prezidenti Serj Sarkisyanın da iştirak etdiyi din xadimlərinin görüşündə xoşagəlməz hadisə baş verib. SİA-nın məlumatına görə, iclasda Qafqaz Müsaəmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin çıxışı zamanı Ermənistanın dövlət başçısı oranı tərk edib. Azərbaycan nümayəndələri bu hadisələrə öyrəncəli olduqlarından (Həm Koçaryan, həm də Sarkisyan dövlət başçılarının görüşü zamanı dəfələrlə aradan çıxmaqla vasitəçiləri pis vəziyyətdə qoyublar. Ekspertlər bunu faktdan yayınmaq siyasəti kimi yozurlar) bunu təbii qarşılayıblar.

II Qaregin isə bunu prezidentin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməsi səbəbindən baş verdiyini bildirməklə Sarkisyanı vəziyyətdən çıxarmağa çalışıb.

Jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli də hadisəni təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə