Ərəb Liqası Suriyaya qarşı ciddi addımlar atır

Ərəb Liqası Suriyaya qarşı ciddi addımlar atır
Ötən gün Misirin paytaxtı Qahirədə toplanan Ərəb Ölkələri Liqası Xarici işlər nazirlərinin iclasında Suriyaya qarşı 14 maddəlik iqtisadi sanksiyalar paketi təsdiqləndi. SİA-nın məlumatına görə, 22 ərəb ölkəsindən 19-u bu sanksiyaların lehində, ikisi əleyhində (Əlcəzair və Yəmən) səs verib, bir ölkə (İraq) isə bitərəf qalıb. Livan isə səsvermədə iştirak etməyib.

Ərəb Ölkələri Liqasının sədri – Qətərin baş naziri Şeyx Həmad bin Casim qəbul edilən sanksiya qərarlarının dərhal qüvvəyə minəcəyini deyib.

Qeyd edək ki, sanksiya qərarları arasında ərzaq və təməl ehtiyac maddələri istisna olmaqla bu ölkəyə qarşı həyata keçiriləcək embarqo qərarı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə