Prezident İlham Əliyev BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişi qəbul edib. SİA-nın xəbərinə görə, Yan Kubiş Slovakiyanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsində çalışarkən Azərbaycana səfər etdiyini xatırlayaraq ötən dövr ərzində ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olduğunu dedi və qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib.
Azərbaycanın enerji siyasətini və regional nəqliyyat layihələrini yüksək qiymətləndirən Yan Kubiş BMT-nin xüsusi qətnaməsi və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən Avrasiya informasiya magistralı layihəsinin icrasına görə BMT rəhbərliyi adından dövlətimizin başçısına minnətdarlığını bildirib. BMT-nin müxtəlif sahələr üzrə beynəlxalq mərkəzlər yaratdığını vurğulayan qonaq ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətli inkişafını nəzərə alaraq təmsil etdiyi qurumun bu sahə üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaratmağa maraqlı olduğunu deyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan enerji və regional nəqliyyat layihələrinin həyata keçirilməsi işində artıq özünü etibarlı tərəfdaş kimi göstərib. Ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının gələcək inkişafında bu sahənin rolunu yüksək qiymətləndirib. BMT-nin həyata keçirdiyi müxtəlif layihələrin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı BMT-nin informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaradılması fikrinin də önəmli olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB