Beynəlxalq Diaspora Mərkəzi əsgərlərimizlə görüş keçirib

Beynəlxalq Diaspora Mərkəzi Cəbhə bölgəsində xidmət edən əsgərlərimizlə görüş keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qonaqlar ön xəttdə xidmət edən əsgərlərin cəbhə şəraiti ilə yaxından maraqlanıblar. Müdafiə Nazirliyinin Tərtərdə yerləşən \"N\" saylı hərbi hissəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar \"Güclü dövlət, güclü ordu\" adlı bayram tədbiri keçirilib. Cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşdə Beynəlxalq Diaspora Mərkəzinin, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və ziyalılar iştirak ediblər. Tədbir hərbi-vətənpərvərlik mövzusunda musiqi nömrələrinin ifa edilməsi ilə davam edib.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə