İran Azərbaycanla məsləhətləşsəydi, onu narahat edən məsələlərin BMT-də qaldırılmasına nail ola bilərdi
"İran XİN başçı Əli Əkbər Salehinin vizanın ləğv edilməsi, İrandan Ermənistana gedəcək turistlərin sayının 1 milyon nəfərə çatdırılması və digər vədləri İranla Ermənisrtan arasındakı gizli məsələləri üzə çıxardı\". SİA-nın xəbərinə görə, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, hətta Əli Əkbər Salehinin Emrənistana səfər etdiyi dövr İslamın ən əziz bayram gününə düşmüşdü. Onun sözlərinə görə, Azərbaycan mərdi-mərdanə şəkildə bəyan etdi ki, İrana qarşı beynəlxalq aləmin tətbiq etdiyi müharibə variantını Azərbaycan qəbul etmir və bunun əleyhinədir.
"Ermənistan isə üzdə İranla bir cür danışır, altdan isə işlərini davam etdirir. Bu nəinki İranın müsəlman dövlətçiliyi ideyasına, qonşuluğa xəyanəti göstərir, ümumiyyətlə onun anti-Azərbaycan siyasəti üzərində kökləndiyinin göstəricidir. Təbii ki, Azərbaycanla Ermənistanın imkanlarını müqayisə etmək düzgün deyil".
Hicab məsələsinə də toxunan M.Əhmədoğlu bildirib ki, İran bunun namus məsələsi olduğunu deyir. Onun sözlərinə görə, amma onlar əslində hicabın nə olduğunu heç özləri bilmir: "İranın qaldırdığı hicab məsələsi dini deyil, siyasi məsələdir. Çünki dini məsələ olsaydı, hicab bağlanmasına riayət etməyən Suriya ilə yaxşı münasibətlərdə olmazdı və əksinə hicaba çox ciddi yanaşan Səudiyyə Ərəbistan ilə əlaqələri bu qədər soyuq olmazdı. Hicabın namus məsələsi olduğu demələri onların beynindəki çatışmazlıqlardan xəbər verir".
İranın Azərbaycanda destruktiv siyasət aparmaq istədiyini deyən politoloqun fikrincə, İran BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanla məsləhətləşsəydi, onu narahat edən məsələlərin BMT-də qaldırılmasına nail ola bilərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB