Köməksiz qalan iki uşaq xilas edilib

Köməksiz qalan iki uşaq xilas edilib

Bu gün Bakı şəhəri, Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzildə giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb. Mənzildə heç kim olmadığından uşaqları xilas etmək üçün qonşular 112 xidmətinə müraciət edib. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb edilmiş xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından enərək 9-cü mərtəbədə yerləşən mənzilə daxil olublar. Giriş qapısı açıldıqdan sonra, mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaqlar xilas olunaraq aidiyyəti üzrə təhvil veriliblər.


Bütün xəbərlər Facebook səhifəmizdə