Çinin ölkəmizdəki səfiri Çjan Yannyan Gəncə şəhərində səfərdə olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, diplomat ilk olaraq şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Görüşdə Çin və Azərbaycan arasında qurulan iki tərəfli əlaqələrdən, eləcə də adıçəkilən dövlətin ölkəmizdə həyata keçirdiyi bir sıra layihələrdən danışılıb. Bildirilib ki, Gəncə şəhərinin ən iri müəssisələrindən olan Gəncə Aliminum Zavodu məhz çinli mütəxəssislərin köməkliyi ilə yenidən işə salınıb.
"Çin və Azərbacan arasında xüsusən iqtisadiyat sahəsində geniş əlaqələr qurulub. Dövlət rəsmiləriniz həmçinin Çin höküməti bu əlaqələrdən olduqca məmnundur. Qarşıda Çin Azərbaycannın 4-cü beynalxalq ticarət sərgisi işinə başlaacaq", - deyə səfir bildirib.
Diplomat həmçinin qeyd edib ki, gələcəkdə iqtisadi sfera ilə yanaşı humanitar sahədə də yeni əlaqələrin qurulması gündəmdədir. Diplomat səfərinin sonunda qərb bölgəsində fəaliyyət göstərən Çin iş adamları ilə də görüşəcək
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB