Müdafiə Nazirliyi hərbi hissədə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb

Müdafiə Nazirliyi hərbi hissədə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb
Müdafiə Nazirliyi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə noyabrın 11-də saat 20.00 radələrində Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin avtomobil parkının ərazisində yanğın baş verib. Yanğın nəticəsində avtomobillərdən birinin yük yerində olan minalar partlayıb. Lakin partlayış nəticəsində ölən və yaralanan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə