Latviyanın iqtisadiyyat naziri Daniels Pavliyus gələn həftə Azərbaycana işgüzar səfərə gələcək. SİA-nın xəbərinə görə, səfər zamanı Azərbaycanın iqtisadi inkişaf, nəqliyyat və fövqəladə hallar nazirləri ilə görüşlər planlaşdırılır. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq. Latviyanın iqtisadiyyat naziri Azərbaycanda Latviya Günlərinin rəsmi açılışında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB