Elman Abdullayev: \"Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda dalana dirənib\"
\"Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar hazırda dalana dirənib. Ermənistan prezidentinin erməni gənclərini aqressiv istiqamətə yönəltməsi bir daha İrəvanın problemi sülh yolu ilə həllində maraqlı olmadığını göstərir\". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gəncədə olarkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, Ermənistan prezidenti qeyri-konstrukiv mövqe göstərməklə öz xalqını aldadır, beynəlxalq içtimaiyyəti isə çaşdırsmaq istəyir. \"Ermənistanın bu siyasəti status-kvonun uzadılmasına yönəlib. Biz yenilənən Madrid prinsiplərini baza olaraq qəbul etmişik və tez bir zamanda böyük sülh sazişinin imzalanmasında maraqlıyıq. Beynəlxalq təşkilatların da mövqeyi Azərbaycanla üs-üstə düşür. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının sessiyalarında dəfələrlə bildirilib ki, vəziyyətin bu cür davam etməsi onlar üçün məqbul deyil\", - deyə Elman Abdullayev əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB