Güclü qar Xacmazı işıqsız qoydu

Güclü qar Xacmazı işıqsız qoydu

Azərbaycanın şimal rayonlarında güclü qar yağır. Gecə saatlarından yağmağa başlayan qar hazırda Quba, Qusar, Xaçmaz rayonlarında küləklə müşayiət olunur. ETSN-nin Quba Ərazi Hidormeterologiya mərkəzindən SİA-in bölgə müxbiri xəbər veriri ki, Qubada qarın hündürlüyü 10 sm, Qusar 19 sm-dir. Yerli sakinlər isə bildiriblər ki, Xaçmazda da qar yağır, qarın hündürlüyü burada 10 sm-ə çatır.

Qeyd edək ki, Xaçmaza həmişə dekabr-yanvar aylarında yağan qarın noyabrda başlaması olduqca gözlənilməz olub. Rayon İcra hakimiyyətinin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Akif Mərdanov da bu faktı təsdiq edib. Onun sözlərinə görə, hazırda Xaçmazın Niyazabad, Xanlıoba, Çarxı kəndləri də daxil olmaqla təxminən 20 kəndinə güclü qar yağır. Qarın yağması Xaçmazda enerji probleminə səbəb olub, əhali işıqsız qalıb. Hazırda enerjinin bərpa

Bütün xəbərlər Facebook səhifəmizdə