“Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçirildi

“Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçirildi

Şimali Kiprdə "Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycanın millət vəkilləri Gülər Əhmədova və Musa Qasımlı çıxış ediblər. Konfrans Azərbaycan və Türkiyənin dövlət himnləri ilə açıq elan edilib. Tədbirdə çıxış edən Millət vəkili Gülər Əhmədova Azərbaycanın xarici siyasəti, diaspor fəaliyyəti, gənclərin dövlətçiliyin möhkəmləndirilməsindəki rolu, elmi, təhsili və mədəniyyəti barədə ətraflı danışıb. Millət vəkli azərbaycanlı gəncləri xaricdə bir arada görməsindən və onların qarşısında çıxış etməsindən zövq aldığını bildirib. O, öz çıxışında gəncləri tariximizə biganə yanaşmamağa, harada olduqlarından asılı olmayaraq, milliyətçi olmağa, mədəniyyətimizi layiqincə təmsil etməyə səsləyib: " Arzu edirəm ki, tələbəlik həyatınızı çox faydalı keçirəsiniz. Burada Azərbaycanın adını yüksəklərə qaldırmaq üçün əlinizdən gələni edəsiniz. Maddiyyat gedən və gələndir. Geriyə qayıda bilməyən bir şey isə insanın arzusudur. İnsan arzusundan əl çəkdiyi zaman isə arzusu ilə sağollaşır. Azərbaycan və Türkiyənin ən böyük xoşbəxtçiliyidir ki, bu dövlətlərə tərcüməçi lazım deyil. Çünki, onlar bir-birlərini çox yaxşı başa düşürlər" – deyə Millət vəkili bildirib.

Sonra tarixçi alim, millət vəkili Musa Qasımlı " Azərbaycan və Türkiyə: ortaq tariximiz və gənclər " mövzusunda çıxış edib. Konfransda həmçinin Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz universitetin prorektoru, professor Məcid Haşempour ilə yanaşı, univeristetin tarix müəllimləri və tələbələr də yaxından iştirak edib. Konfrans qarşılıqlı dialoq və sual-cavab formatında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə