“Bayraq Festivalı”

Gənclər və İdmanNazirliyi "9 noyabr-Dövlət Bayrağı günü"nə həsr olunan "Bayraq Festivalı"nı keçirəcək. SİA-nın xəbərinə görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvləri və fəal gənclərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki,"9 noyabr - Dövlət Bayrağı günü"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-ci il tarixli Sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə