65 yaşdan yuxarı işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar təsdiqləndi
Nazirlər Kabineti \"Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları\"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. SİA-ın Nazirlər Kabinetinin saytına istinadən veridyi xəbərə görə, bu qərarla dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları təsdiqlənib.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:
Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;
İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;
Dövlət mükafatı laureatı olması.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB