“Məşədi Əzizbəyov” metro stansiyasına giriş və çıxış tamamilə məhdudlaşdırıldı

“Məşədi Əzizbəyov” metro stansiyasına giriş və çıxış tamamilə məhdudlaşdırıldı

Bu gündən etibarən "Məşədi Əzizbəyov" metro stansiyasına sərnişinlərin giriş və çıxışı tamamilə məhdudlaşdırılıb. SİA-nın xəbərinə görə, bununla əlaqədar qatarlar "Qara Qarayev"dən "Ulduz" stansiyasına kimi "Məşədi Əzizbəyov" stansiyasında dayanmadan hərəkət edirlər.

Stansiyaya sərnişinlərin giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Bu prosesin ilin sonuna kimi davam edəcəyi gözlənilir. Dekabrda stansiya\\təkrar istifadəyə veriləcək.

\"Məşədi Əzizbəyov"da aparılacaq yenidənqurma işləri nəticəsində xeyli dəyişiklik olacaq. Keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyündə olacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq. Məhdudiyyətlərlə əlaqədar son dayanacağı "Məşədi Əzizbəyov" stansiyasının qarşısı olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilərək "Ulduz" stansiyasının qarşısına köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə