Elşən Manafov: “İctimai Palatada təmsil olunan qüvvələrin keçirmək istədikləri etiraz aksiyaları həmişə uğursuz olub” - MÜSAHİBƏ
Demokratik Sol Partiyasının sədri Elşən Manafovun SəsTV-yə müsahibəsi
- Radikal müxalifət liderləri ölkədə inqilab edəcəkləri barədə qeyri-konstitusion çağırışlar səsləndirirlər. Onların bu çağırışları xarici sifariş ola bilərmi?
- Azərbaycan etnik münaqişələrə həssas olan bölgədə yerləşir. Azərbaycan dövləti eyni zamanda etnik separatizmdən də əziyyət çəkir. Digər tərəfdən Azərbaycan kifayət qədər geosiyasi və qeostrateji əhəmiyyətə malik ölkədir. Ən nəhayət Azərbaycan zəngin korbohidroqen ehtiyatları ilə istər region dövlətlərinin, istərsə də supergüclərin diqqət mərkəzindədir. Nəzərə alsaq ki, Azərbaycan Qafqazın lider dövlətidir və ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ancaq Cənubi Qafqazın iqtisadi göstəricilərində Azərbaycanın payı artıq 83 faizi üstələyib və ümumiyyətlə, Azərbaycanda ümum daxili məhsulun inkişafında ciddi uğurlar, əhalinin güzəranının yaxşılaşdırılması və s. göstəricilər Azərbaycanın dostlarını sevindirir, ölkəmizin inkişafını gözü götürməyənləri narahat edir. İctimai Palatanın meydanagəlmə səbəbi aydındır. Bu palata Azərbaycan parlamentinin legitimliyini qəbul etmir və bu qurum ətrafında toplaşanların öz fikirləri var. Məsələ bundan ibarətdir ki, hakimiyyətin leğitimliyi ilə bağlı məsələlərə politologiya elmi birmənalı şəkildə aydınlıq gətirib. Seçicilərin, kütlənin xoşluqla qəbul etdiyi hakimiyyət legitim hakimiyyətdir. Buna görədir ki, ictimai palatada təmsil olunan qüvvələrin keçirmək istədikləri etiraz aksiyaları həmişə uğursuz olub. Əhali də bu aksiyalara onların istədiyi səkildə dəstək olmayıb. Ona görə də, ölkədə inqilab etmək, qarşıdurma yaratmaq istəkləri Azərbaycanı gözü götürməyənlərin marağında ola bilər. Bu gün Azərbaycanın qüvvədə olan Konsitutsiyası ölkə müxalifətinin qanunvericilik çərçivəsində öz fəaliyyətlərini tənzimləməsinə stimul yaradır. Azərbayacanda özünü müxalifət elan etmiş partiyaların mətbu orqanları çıxır. Deməli onların mətbuata çıxmaq yolları var, öz mətbu orqanları vasitəsi ilə ictimai rəyə təsir imkanları da var. Təbii ki, buna görə onların bu məsələ ilə bağlı fikirləri fərqli ola bilər. Bu gün Azərbayacanda müxalifətin bir nömrəli borcu və vəzifəsi Qarabağ probleminin həllinə dəstək və yardım etməkdir. Hər bir kəsin bununla bağlı alternativ mövqeyi ola bilər. Bu mövqe hər bir halda Azərbaycan maraqlarına xidmət etməlidir. Hakimiyyətin Qarabağ probleminin həllində həyata keçirdiyi kursa birbaşa dəstək verməlidir. Bu mənada istisna etmək olmaz ki, bu sabitliyi gözü götürməyən şəxslər Azərbaycan xarici havadarlarının dəstəyi və sifarişi ilə Azərbaycanda sabitliyi pozmaq istiqamətində hər hansı bir addım atsınlar. Amma güman edirəm ki, Azərbaycan son 20 il ərzində kifayət qədər iqtisadi, siyasi, sosial inkişaf yolu kecib. Və bu cür dövlətlə hədə ilə danışmaq istənilən halda yolverilməzdir. İcazəsiz aksiyalar, cəmiyyətdə vətəndaş qarşıdurması, mövcud sabitliyi pozmaq cəhdləri ediləcəksə, o zaman qanun çərçivəsində Azərbaycan dövləti öz münasibətini ortaya qoyacaq. Digər bir tərəfdən də, bu cəhdlər xaricdəki qüvvələrin sifarişi ilə həyata keçirilirsə, Azərbaycanın müvafiq qrumlarının borcudur ki, həmin məsələlərə aydınlıq gətirsin. Bütün hallarda Azərbaycanın bugünki iqtisadi göstəriciləri, regional dövlətlərin Azərbaycanla münasibətlərinin xarakteri və bölgədə maraqlı olan dövlətlərin ölkəmizə münasibəti onu göstərir ki, Azərbaycan dövləti kifayət qədər güclüdür. Ona görə də nə inqilabi çağrışlar, nə təziqlər Azərbaycan dövlətini özünün müəyyən etdiyi strateji kursdan döndərə bilməyəcək. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə töhvə verəcək dövətlər səviyyəsindədir.
- Müxalifət blok şəklində birləşmək istəyi həmişə uğursuzluğa dücar olub. Bu, "liderlər"in öz aralarında apardıqları mübarizədən irəli gəlmirmi?
- Ümumiyyətlə, müxalifətin hər hansı bir blokda toplanmaq və pərakəndə olan qüvvələri birləşdirmək cəhdi maraq baxımından anlaşılandır. Bu siyasi bloklar ölkədə coxpartiyalı sistemin, siyasi partiyalar arasında münasibətlərin mövcud qanunvericiliyin tələb etdiyi qaydalar çərçivəsinə gətirilməsinə xidmət etmirsə, vətəndaş cəmiyyətləri institutlarının formalaşması istiqamətində öz töhvəsini vermirsə o zaman siyasi qrupların yaranmasına nə ehtiyac var. Əgər bu birləşmələr konniktura marağından, eləcə də sabitliyin pozulması baxımından edilirsə o zaman qanunvericiliklə tənzimlənməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB