Həmsədrlərin görüşləri bu gün başlayacaq

Həmsədrlərin görüşləri bu gün başlayacaq
Bakıda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri Robetr Bradtke (ABŞ),İqor Popov (Rusiya) və Bernar Fasye (Fransa) Azərbaycan rəsmiləri ilə görüşləri bu gün başlayacaq. Diplomatlar öncə prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə görüşəcəklər. Bundan sonra isə həmsədrlər Azərbaycan və Ermənistanda keçirdikləri görüşlərin nəticələrinə dair məlumat verəcək.

Qeyd edək ki, diplomatlar Ermənistanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə