Qubaya turist axını dayanıb-FOTO

Azərbaycanın səfalı guşəsi olan Qubaya istirahətə gələn turistlərin sayı payız ayında azalıb. Qubada istər yerli, istərsə də xarici turist tapmaq mümkün deyil. SİA-nın Şimal börosunun verdiyi xəbərə görə, 2006-cı ildən Qubada 4 turizm marşrutu fəaliyyət göstərir. Rayona gələn yerli və xarici turistlər Quba-Xınalıq, Quba-Qonaqkənd, Quba-Zərqova, Quba-Rustov marşrutları üzrə bəyəndikləri məkanda istirahət edə bilirlər. Bu istiqamətlərdə turistlərə xidmət göstərmək üçün 40-a yaxın istirahət obyekti fəaliyyət göstərir. Buna baxmayaraq payız ayında birdən-birə yerli və xarici turistlərə az-az rast gəlmək olur.

Turizm marşrutlarının üzərində 100-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri yerləşir. Quba rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, ötən il rayona gələn turistlərin sayı 60-70 min nəfər arasında olub. Bu göstərici istirahət məkanlarının verdiyi məlumatlara əsaslanır. Mütəxəssislər Qubaya turist axınının əsas səbəbini turizm obyektlərində göstərilən xidmətlərin 20 % endirilməsində görürlər. Payız ayında isə turistlərə rast gəlmək olmur. Qubada çoxlu turizm obyektləri var ki, bəzilərində turist belə tapmaq mümkün deyil.

Cari ilin ilk ayı ərzində Qubaya gələn turistlərin sayı 3000-ə yaxın olub. Turistlərin ən çox meyl etdikləri turizm marşrutu Quba-Xınalıq istiqaməti olub. 2011-ci ildə isə Qubaya gələcək turistlərin sayının 100 minə çatacağı gözlənilirdi. Amma payız ayı gələn kimi turistləri barmaqla saymaq olar. Bəzi turizm obyektləri turist olmadığına görə bağlanıb.

Qeyd edək ki, 2011-ci ilin Turizm İli elan edilməsi ilə bağlı rayonda turizm obyektlərinin tikintisi, eləcə də turistlərin cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Hal hazırda isə rayonda ilin bütün fəsillərində turistlərin istirahətini təmin edəcək böyük turizm kompleksinin inşası aparılır. Bundan əlavə Qubanın turizm marşrutları, obyektləri və tarixi, mədəniyyət, memarlıq abidələri barəsində xüsusi bukletlər hazırlanır. Bu bukletlər gələn turistlərə təqdim edilməklə yanaşı internet vasitəsi ilə də yayılacaq.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə