SAM Azərbaycan iqtisadiyyatından bəhs edən ilk video çarxı hazırlayıb

SAM Azərbaycan iqtisadiyyatından bəhs edən ilk video çarxı hazırlayıb

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən "Azərbaycan iqtisadiyyatı" adlı video çarx hazırlanıb. SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, multimedia formatında düzənlənmiş rolik ölkə təqdimatı silsiləsindən olaraq, Azərbaycan iqtisadiyyatının son on ildə əldə etdiyi sosial-iqtisadi uğurları əks etdirir.

Statistik göstəricilərin əks olunduğu slayd iqtisadi artım, dövlət büdcəsi, sosial müdafiə, strateji valyuta ehtiyatları, investisiya, təbii resurslar və monetar sektor kimi blokları əhatə edir. İngilis dilində hazırlanmış çarxın əsas auditoriya hədəfi ölkə daxilindən əlavə, beynəlxalq iqtisadi təşkilatlar, Azərbaycandakı siyasi-iqtisadi prosesləri daim müşahidə edən xarici qurumlar və ekspertlərdir. Bu baxımdan slaydda əks olunan Dünya Bankı, BMT, Beynəlxalq Maliyyə Korporasiyası kimi mühüm beynəlxalq qurumların və bir sıra beynəlxalq hesabatların Azərbaycanla bağlı iqtisadi göstəriciləri də diqqətəlayiqdir. Nüfuzlu beynəlxalq qurumlardan olan "Dünya İqtisadi Forumu" tərəfindən hazırlanmış "Qlobal rəqabətlilik 2011-2012 hesabatı"nda ölkəmizin 55-ci, Dünya Bankının "Doing Business 2011" hesabatında 54-cü yerdə olması xüsusilə qeyd edilməldir

Bütün xəbərlər Facebook səhifəmizdə