AŞPA-ya sədrlik Türkiyədən Fransaya keçəcək

AŞPA-ya sədrlik Türkiyədən Fransaya keçəcək

Gələn ilin yanvarın sonlarında keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında qurumun türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatacaq. SİA-nın xəbərinə görə, Avropa Şurasının nizamnaməsinə uyğun olaraq onu bu vəzifədə Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcək. O 2012-2014-cü illərdə AŞPA-ya sədrlik edəcək.Xatırladaq ki, Fransa Avropa Şurasının 60 illik tarixində üç dəfə 1949, 1952-1956 və 1986-1989-cu illərdə AŞPA-ya sədrlik edib.


Bütün xəbərlər Facebook səhifəmizdə