Azərbaycan prezidenti Dünya Gömrük Təşkilatının baş katibi və BMT-nin Vyana ofisinin rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı və BMT-nin Vyana ofisinin rəhbəri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovu qəbul edib.
SİA-nın məlumatına görə, Y. Fedotov Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edib, tədbirdə dünyanın 42 ölkəsindən yüksək səviyyəli agentliklərin rəhbərlərinin iştirakının önəmini vurğulayıb.
Dövlət. başçısı Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrin iştirakını konfransa olan marağın göstəricisi kimi qiymətləndirib.
Prezident İlham Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıb.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB