İran Xarici İşlər Nazirliyinin rəsmisi: “İran Dağlıq Qarabağ münaqişəsinin həllini təklif etməyə hazırdır”

İran Xarici İşlər Nazirliyinin rəsmisi: “İran Dağlıq Qarabağ münaqişəsinin həllini təklif etməyə hazırdır”

"Əgər Azərbaycan və Ermənistan istəsə, İran Dağlıq Qarabağ münaqişəsinin həllini təklif etməyə hazırdır". "Tehran Times" qəzetinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib. Onun sözlərinə görə, sərhəd mübahisələri adətən qonşu ölkələr arasında baş verir. Bununla belə, iranlı diplomat bildirib ki, regiondan kənar ölkələr mübahisələrdən regional məsələlərə müdaxilə üçün istifadə etməyə çalışırlar.


Ramin Mehmanpərəst deyib ki, İran danışıqlar və məsləhətləşmələrin davam etdirilməsinə tərəfdardır. Onun sözlərinə görə, rəsmi Teşran Bakı və İrəvan arasında mübahisələrin həllinə yarıdm etməyə hazırdır.


Bütün xəbərlər Facebook səhifəmizdə