Uilyam Bernsin Azərbaycana səfərinin tarixi açıqlanıb

Uilyam Bernsin Azərbaycana səfərinin tarixi açıqlanıb

ABŞ dövlət katibinin müavini Uilyam Bernsin Azərbaycana səfərinin tarixi açıqlanıb. SİA-nın xəbərinə görə dövlət katibinin müavini oktyabrın 16-20-də Cənubi Qafqaz regionunda səfərdə olacaq. Səfər çərçivəsində onun rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə həmçinin regiondakı vəziyyət, sülh və sabitliyin təmin edilməsi, iqtisadi inkişaf və demokratik islahatlar əsas müzakirə mövzusu olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə