Araz Əzimov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bundan sonra da siyasi səy göstərməyə hazırdır"

Araz Əzimov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bundan sonra da siyasi səy göstərməyə hazırdır"

Münaqişədən çıxmağın əsas məqsədi Azərbaycanla Ermənistan arAsında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasıdır, bu isə Azərbaycanın ərazi bütövlüyünün, hazırdа işğal altında olan 20 faiz ərazinin qeyd-şərtsiz tanınmasını nəzərdə tutur. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynanın "Den" nəşrinə müsahibəsində bildirib.


Onun sözlərinə görə, Azərbaycan bundan sonra da münaqişənin nizamlanması üçün siyasi səy göstərməyə hazırdır: "Bununla yanaşı, Minsk qrupu çərçivəsində son vaxtlar Rusiya Prezidenti Dmitri Medvedevin fəal iştirakı ilə həyata keçirilən və həyata keçirilməsi davam etdirilən danışıqlar prosesinin nəticəsinin olmaması məsələsi meydana çıxır".


A.Əzimov təəssüflə bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə nəticə əldə olunmadı və bundan sonra bir qədər fasilənin yaranması hissi meydana çıxdı. Bununla yanaşı, o qeyd edib ki, bu ilin avqustunda Soçidə prezidentlər Əliyev və Medvedevin görüşü keçirildi və "biz ümid edirik ki, Rusiya bu görüşün yekunu üzrə öz fəaliyyətində düzəliş edəcək və Minsk qrupunun iki digər həmsədri ilə birgə prosesi aktivləşdirməyə cəhd göstərəcək".


"Təəssüf ki, biz Ermənistan Prezidentindən getdikcə daha çox spekulyativ təsir bağışlayan hücum xarakterli bəyanatlar eşidirik. Biz habelə Ermənistanın həm də hücum xaraketerli silahlar almaqla bağlı gücləndilmiş səyləri ilə üzləşirik", - Əzimov deyib.


"Mənə elə gəlir ki, onlar bilərəkdən Rusiya sülhməramlılarının iştirakını nəzərdə tutan hansısa böhrana təhrik edirlər. Buna bənzər hal 2008-ci ilin avqustunda qonşu ölkədə (Gürcüstanda) baş verdi. Belə böhranın inkişafı son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər", - nazir müavini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə