Ermənistanın Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissəsində əsgər özünü öldürüb. SİA-nın erməni agentliklərinə istinadən verdiyi məlumata görə, faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiq edib. Xəbərdə deyilir ki, qoşunların təmas xəttinin şimal istiqamətində 19 yaşlı Yurik Gevorkoviç Nersisyan postda olarkən özünü güllələyib.
Hələlik heç bir səbəb göstərilmir. Buna baxmayaraq Ermənistanın hüquq müdafiəçiləri və Əsgər Anaları İttifaqı ordudakı dözümsüzlüyün, "dedovşina"nın özünəqəsdə yol açdığını faktlarla sübut edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB