İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami mətbuat konfransı keçirib. M. Bəhrami bildirib ki, İran-Azərbaycan münasibətləri strateji bünövrə üzərində qurulub və bu münasibətlər başqa xalqlar üçün örnək ola bilərş. Səfirin sözlərinə görə Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı qərar hökumətlərarası komissiyanın 7-ci yığıncağında qəbul edilib: "Mədəniyyət həftəsinin 3 günü Bakıda, 3 günü isə Gəncədə keçiriləcək. Həftənin açılış mərasimi oktyabrın 3-də Bakı Muzey Mərkəzində olacaq. Səfər çərçivəsində İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni də Azərbaycana gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB