Nuşirəvan Məhərrəmli: \"İnternet televiziyası yayımı dövlət tərəfindən tənzimlənməlidir\"
\"İnternet televiziyası televiziya yayım üsullarından biridir. Bunun yayımı dövlət tərəfindən tənzimlənməlidir. Bu, artıq dünyada baş verir\". SİA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məsələ tək Azərbaycanın deyil, eyni zamanda dünya ölkələrinin müzakirə mövzusudur.
\"Avropa Şurasına üzv ölkələr bu məsələ ilə bağlı bir araya gəliblər, ancaq yekdil qərar qəbul etməyiblər. Azərbaycan bu məsələdə Avropa ölkələrinin tərcübəsindən yararlanmaq niyyətindədir. AŞ üzvləri İnternet televiziya yayımı ilə bağlı nə qərar qəbul etsə, Azərbaycan da onu təkrarlayacaq\", - MTRŞ sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB