Əli Əhmədov: “Azərbaycan seçim qarşısında qalarsa, qardaşı Türkiyənin yanında olacaq” - MÖVQE
"Türkiyə-Azərbaycan qardaş dövlətlərdir və onları məhz qardaşlıq münasibətləri birləşdirir. Bu iki ölkənin münasibətləri qardaşlıq münasibətlərinə istinad edir və bunu özündə əks etdirir. Bu münasibətlərin üzərinə kölgə salmaq mümkün deyil".
SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildiirb ki, Türkiyə ilə İsrail arasında münasibətlərin müəyyən qədər gərginləşməsi, pisləşməsi qardaş xalq olaraq azərbaycanlıları da narahat edir. O arzu edib ki, bu anlaşılmazlıq, gərginlik tez bir zamanda aradan qalxsın.
"Qardaş ölkə kimi Azərbaycanın üzərinə düşən vəzifə və öhdəlik bundan ibarətdir ki, Türkiyə ilə daha çox dövlətlərin dostluq münasibətlərinin yaranmasına töhvə verə bilək. Hesab etmirəm ki, bu gün Azərbaycan və azərbaycanlılar seçim qarşısındadır. Daha çox çalışmalıyıq ki, qardaşlıq münasibətlərindən irəli gələn öhdəliyə uyğun şəkildə ölkələrimizə və dövlətlərimizə daha çox dost qazandıraq. Eyni zamanda, Azərbaycanla İsrail arasında da xoş münasibətlər var. İndiki zamanda Azərbaycan olaraq üzərimizə düşən əsas vəzifə ondan ibarətdir ki, Türkiyə ilə İsrail arasındakı anlaşılmazlığın tez bir zamanda aradan qalxmasına kömək edə bilən addımlar ataq. Əsas vəzifəmizi bunda görməliyik. Türkiyə ilə İsrail arasındakı gərginlik diplomatik çərçivədən kənara çıxmır. Arzu edirik ki, bu kənara çıxmalar olmasın, Türkiyənin qardaşı olan Azərbaycan seçim qarşısında qalmasın. Amma təbii ki, Azərbaycan seçim qarşısında qalarsa, qardaşı Türkiyənin yanında olacaq", - deyə Ə.Əhmədov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB