Vergilər Nazirliyində video qəbul xidməti tətbiq olunacaq

Vergilər Nazirliyində video qəbul xidməti tətbiq olunacaq

Vergilər Nazirliyi Xidmət İdarəsinin rəisi Elçin Məmmədov Şamaxıda keçirilən Vergilər Nazirliyi Tədris Mərkəzində jurnalistlərlə keçirilən görüşdə bildirib ki, tezliklə Vergilər Nazirliyində video qəbul xidməti tətbiq olunacaq. SİA-nın verdiyi məlumata görə, bu xidmət fəaliyyət göstərəndən sonra bütün ölkə ərazində vergi ödəyiciləri öz suallarını Vergilər Nazirliyinin rəhbər şəxslərinə, hətta özünə ünvanlaya bilərlər. Onun sözlərinə görə, vergi ödəyicinin sualları onlayn formada həmin video-qəbulda cavablandırılacaq. Həmçinin Elçin Məmmədov açıqlamasında bildirib ki, 2013-cü ildə ölkə ərazində yeni vergi ödəyiciləri üçün xidmət terminalları istifadəyə veriləcək: \"Bakı şəhərində 5 terminal, Gəncədə 2 terminal, Sumqayıtda isə daha 2 terminalın istifadəyə veriləcəyi nəzərdə tutulub. Beləliklə də ölkə ərazisində verilən terminalların sayı 55-ə çatacaq.

2012- il yanvarın 1-dən etibarən Vergilər Nazirliyi elektron imzalanma sisteminin tətbiqinə başlanacaq. Bu sistemin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənmək üçün bu ilin oktyabr ayında Vergilər Nazirliyinin işçi qrupu Tallin və Sinqapura ezam olunaq. Onların təcrübəsi öyrənildikdən sonra elektron imzalanmanın qanunvericilk bazası hazırlanacaq və tətbiqinə başlanacaq\".

Mirvari Kamilqızı


Bütün xəbərlər Facebook səhifəmizdə