Vəhdət Partiyası (VP) bəyanat yayıb. SİA-nın verdiyi məlumata görə, ölkədəki içtimai-siyasi vəziyyəti və bu vəziyyətə təsir edə biləcək daxili və xarici faktorları təhlil edən VP hesab edir ki, Azərbaycan Prezidentinin şəxsiyyəti və fəaliyyəti sabitliyin, inkişafın qarantı rolunu oynayır və hələ də heç kəs son illərdə belə rol oynaya biləcəyi iddiası ilə çıxış etməmişdir.
Bunu hər şeydən əvvəl ölkənin müstəqil tarixi inkişafı, iqtisadiyyatm yüksəlişi, balanslı xarici siyasət, sabitliyin təmini sərtləndirmişdir. Təbii ki, dövlət rəhbərliyinin də etiraf etdiyi kimi, korrupsiya, inhisarçılıq, bahalıq və sosial ədalətsizliyə qarşı mübarizəni daha da artırmaq zərurəti mövcuddur. Təəssüf ki, bəzi xarici qüvvələr Azərbaycan Respublikası daxilində müəyyən səhvlərdən istifadə edərək, sabitliyi pozmaq, cəmiyyəti parçalamaq, hətta dövlət suverenliyini təhlükə altına qoymaq niyyətini həyata keçirmək istəyirlər.
Məsələn, "Wikileaks" saytının açiqlamaları ilk baxışda cəmiyyətin müəyyən dairələri üçün cəlbedici olsa da, arxasında duran məkrli planları görməmək mümkün deyildir. Hətta bir sıra həqiqətə uyğun olmayan məlumatlar barədə Prezident Administrasiyasmın rəhbərliyi açiqlamalar verməli olub.
Vəhdət Partiyası hesab edir ki, "Wikileaks" saytının həmin fəaliyyətinin arxasında aşağıdakılar durur:
I. ABŞ-ın Dövlət iradəsi olmadan bu məlumatlar yayıla bilməz, əks halda bu dövlətin məxfi fəaliyyətinin faş olması onun zəifliyi kimi yozulmalıdır. Bu məlumatların ötürülmə vaxtının seçilməsi siyasi hədəflərdir. ABŞ bununla özünü dünyada arbitr kimi mövqelərini möhkəmləşdirməyə cəhd edir, öz rəsmlərinin ciddi məxfi fəaliyyətləri barədə bir söz demədən, diplomatların məlumatları ilə başqa dövlətlərin rəhbərlərinin mövqelərini zəiflədir.
2. ABŞ hətta məxfi danışıqlarda etibarsızlığı hesabına da olsa, özünü humanizm, insan hüquqlarının müdafiəçisi, ədalətli obrazını yaratmağa və ya bərpa etməyə can atır. Hamıya məlumdur ki, həmin məlumatların ötürülməsi zamanı geosiyasi və iqtisadi strategya bütün məsələlərə münasibətlərdə önə çokilmişdir, insan haqları yalnız şirma rolunu oynamışdır.
3. Həmin məlumatlarda Ermənistanı Azərbaycandan daha demokratik göstərilməklə Qərb Dağlığ Qarabağ məsələsində ədaləti qətiyyətlə müdafıə etməsıni ört-bastır etmək istəyir.
4. Xüsusilə Azərbaycanla bağlı məlumatların təhlili onu göstərir ki, xarici siyasət sahəsində Azəbaycanın mövqeyini zəiflətmək və bütün qonşu dövlətlərlə münasibətləri soyuqlaşdırmaq niyyəti güdülür ki, hamı, o cümlədən Azərbaycan Respublikası da yalnız Qərbə tapınsın.
5. Qərb narahatdır ki, Azərbaycan hakimiyyətinə təzyiq aləti kimi muxalifət nə üçün zəifdir və xalq nə üçün ayağa qalxmır. Görünür, bununla barişılmır ki, ölkəmizdə hətta qan-qurban verməklə "Ərəb baharı" prosesləri 20 il öncə baş vermişdir. Lakin xalq mubarizənin nəticəsinin pərişanlıq olduğunu və indiki müxalifətin qurduğu hakimiyyətin əldən verilməsini unutmamışdır. Muxalifətə inam isə sonsuza qədər ola bilməz. Xalqin dəstəyini almayan heç bir qüvvə isə hakimiyyət dəyişikliyinə nail ola bilməz.
6. Nəhayət, bu məlumatlar dini cərayan və qruplaşmalara siyasi rəng qatmaqla xalqımızın və vətənimizin fundamental cəhətdən parcalanması arzusunu özündə
ehtiva edir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Vəhdət Partiyası xalqa, siyasi partiyalara, ictimaiyyət və mətbuata çağırış edir ki, çox vaxt şirnikləndirici demkratiya vəd edən bu məlumatların arxasında dovlətimiz və xalqımız üçün təhlükəli planların olduğunu da yaddan çixartmasınlar. Axı, biz artıq bu halı yaşamışıq! Nəticə çixartmaq üçün bəs deyilmi?
Vəhdət Partiyasının Siyasi Şurasının sədri Tahir Kərimli
Siyasi Şuranın katibi Rəhilə Heydorova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB