Pirallahı qəsəbəsində Gənclər Parkı və Bayraq Meydanının açılışı olub
Neftçilərin peşə bayramı ərəfəsində Pirallahı qəsəbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə vəsaiti hesabına əsaslı təmir olunan Gənclər Parkı və Bayraq Meydanının açılışı mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatı Rauf Əliyev və Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ələkbər Heydərov və yerli sakinlər iştirak edib.
Açılış mərasimində çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ə.Heydərov parkın istifadəyə verilməsinin qəsəbənin həyatında əlamətdar hadisə olduğunu bildirib.
Daha sonra çıxış edən ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev cari ilin sonuna kimi Pirallahı qəsəbəsinin magistral yolunun yenidən bərpa edilib istifadəyə veriləcəyini bildirib. O, qeyd edib ki, Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişaf proqramı çərçivəsində 2013-cü ilin sonuna kimi Pirallahı qəsəbəsi tamamilə içməli su ilə təchiz olunacaq. R.Abdullayev həmçinin dirəyinin hündürlüyü 70 metr olan dövlət bayrağının açılışında iştirak edib.
Qeyd edə ki, 20 minə yaxın əhalisi olan Pirallahı qəsəbəsində əsasən neftçi alilərləri məskunlaşıblar. Ərazisi 2 hektar olan parkda 70 metr hündürlükdə bayraq dirəyi də ucaldılıb. Parkın ərazisi müasir işıqlandırma sistemi ilə təchiz olunub, meydança və səkilərə 6 min 200 kvadratmetr "tamet" plitələr döşənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB