ATƏT-in payız sessiyasında ermənilərin Araz çayını çirkləndirilməsi müzakirə olunacaq
ATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 7-dən 10-dək Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib: "Müzakirə olunan hər hansı bir məsələ ilə əlqədar olaraq tam bizim əlimizdə məlumat yoxdur. Yəni ayrı-ayrı komitələrdə məsələlərin müzakirəsi nə olacaq, məruzəçi kim olacaq, hansı fikirlərdən söhbət gedəcəksə onunla əlaqədar çıxış edəcəyik. Lakin hazırda nəzərənizə çatdırmaq istərdim ki, qurumun İqtisadiyyat komitəsində əsasən ətraf mühitin qorunması ilə əlaqədar olaraq çıxışım olacaq. Mən çıxışımda Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsi, ermənilərin işğal altında saxladıqları Dağlıq Qarabağ ərazilərində onlar tərəfindən basdırılan zəhərli kimyəvi maddələr, "Metsamor" Atom Elektrik Stansiyasının qalıqları barəsində danışacam. Hazırda biz qurumun növbəti sessiyasının gündəliyinin bizə təqdim olunmasını gözləyirik"- deyə o, əlavə edib.
ATƏT Parlament Assambleyasının payız sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin keçirilməsinə millət vəkili bildirdi ki, bu məsələnin üzərində iş aparılır. Yay sessiyasında ATƏT Parlament Assambeyasının sədri ATƏT-in Minsk qrupunun həmsədrlərinin hesabatını təşkil etmək istəsədə alınmayıb. Məsələ nöbəti sesiiyalarda müzakirə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB