ÜST-nin Avropa Regional Bürosunun illik toplantısı başa çatdı

ÜST-nin Avropa Regional Bürosunun illik toplantısı başa çatdı

ÜST-ün Avropa Regional Bürosunu Bakıda keçirilən sessiyası bu gün başlıca səhiyyə məsələləri ilə bağlı çoxsaylı tədbirlər planlarını təsdiq etdikdən sonra öz illik toplantısını başa çatdırıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, sessiyada, həmçinin, "Saglamlıq 2020" proqramının hazırlanması istiqamətində işlərin davam etdirilməsi dəstəklənib. Bu proqram ictimai səhiyyənin inkişaf etdirilməsi və xəstəliklərə qarşı mübarizə sahəsində dövlətlərin hərtərəfli yanaşmasını təşviq edən kompleks səhiyyə siyasətini əhatə edir.

"Bu, yaddaqalan bir görüş oldu.Avropa üçün yeni bir təkan yaranmışdır. Biz sağlamlığın insanların bir hüququ olaraq qorunması və bu məsələnin bütün hökumətlərin siyasətinə daxil edilməsi ideyasını qətiyyətlə bölüşürük. Eyni zamanda, ölkələr faktlara əsaslanan geniş tədbirlər planlarını dəstəklədilər ki, bu da onlara əsas öldürücü xəstəliklərdən bəzilərini aradan qaldırmağa kömək edəcəkdir", - deyə ÜST-nin Avropa Regional Bürosunun direktoru Jujanna Yakab bildirib.

Gündəliyə Yoluxucu olmayan xəstəliklər: məsələn, xərçəng, ürək-damar xəstəlikləri, diabet və iflic; alkoqolun sağlamlığa zərər verəcək qədər qəbul edilməsi; dərman və müalicəyə müqavimət göstərən vərəm; antibiotiklərə qarşı müqavimət, HİV/QİÇS-lə bağlı tədbirlər planları daxil edilib.

"Sağlamlıq 2020" Proqramının iqtisadi çətinliklər dövründə dəyəri bir çoxları, xüsusilə Estoniya, Yunanıstan və İrlandiya tərəfindən təqdir edilib. Bunun səmərəsi eynilə ona bənzəyir ki, insanlar xəstə olarkən onların müalicəsi üçün maliyyə vəsaitləri tapmaq əvəzinə, onların sağlamlığı təmin edilir. ÜST-ün Baş direktoru doktor Marqaret Çen sessiyadakı çıxışında bildirib: "Bu, ölkələrin hamısı üçün ən böyük çağırış olmalıdır: səhiyyə üçün ayrılan büdcələrin milli və beynəlxalq səviyyədə durğun və məhdud olduğu zamanda səhiyyə sahəsində ölçülə bilən və ədalətli nailiyyətlərin səviyyəsi maksimal həddə çatdırılmalıdır".

İsraildən olan nümayəndə söyləyib ki, səhiyyəyə ayrılan milyonlarla avro okeandakı balıq kimidir: "İctimai səhiyyəyə ayrılan milyonlarla avro isə külli miqdarda vəsaitdir". Qərara alınmışdır ki, səhiyyə üçün sadəcə xəstəliyə tutulan insanlar deyil, cəmiyyətin bütün üzvləri məsuliyyət daşımalıdır. Bu, "hər kəsin işidir".

ÜST-də islahat aparılması məsələsi də gündəliyə daxil edilib. Monakodan olan nümayəndənin səsləndirdiyi fikri hər kəs dəstəkləyib: "ÜST səhiyyə sahəsində liderlik rolu oynayan qlobal bir qurumdur. Bizdən tələb olunan öz rolunu ona geri qaytarmaqdır."

Tədbirdə səhiyyə sisteminin problemləri, ictimai səhiyyənin imkanları və digər məsələlər barədə də müzakirələr aparılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 62-ci sessiyası gələn il sentyabrın 10-13-də Maltada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə