Mahmud Əhmədinejad: “Azərbaycanla İranın qardaşlıq münasibətlərinə heç nə təsir edə bilməz”

Mahmud Əhmədinejad: “Azərbaycanla İranın qardaşlıq münasibətlərinə heç nə təsir edə bilməz”

\"İranla Azərbaycan arasında yaxın münasibətlər mövcuddur və rəsmi Tehran Bakının müstəqilliyini tam dəstəkləyir\". SİA-nın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Mahmud Əhmədinejad İranın Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanla İranın qardaşlıq münasibətlərinə heç nə təsir edə bilməz: "Biz Azərbaycanın İranla sərhəd olan şəhərləri ilə əlaqələrin inkişafında maraqlıyıq",-deyə o əlavə edib.

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad bu gün İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər edib. Xəbərə əsasən, Əhmədinejad səfərin ilk günü Ərdəbil ostanının Xalxal, Kövsər, Nir şəhərlərinə, ikinci gün isə Azərbaycanla sərhəddə yerləşən Biləsuvar, Parsabad, Germi, Meşkinşəhr və Nəmin şəhərlərinə səfər edəcək. Əhmədinejadın Ərdəbil ostanına səfəri sabah başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə