Məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad edilib. Dövlətimizin başçısı Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. "Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 451) 1-ci hissəsində "məcburi köçkünlər" sözləri "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları" sözləri ilə əvəz edilsin.
2. Müəyyən edilsin ki, bu Sərəncam Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrinə 2011/2012-ci tədris ilindən etibarən qəbul olunmuş şəxslərə şamil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB