Partiya sədri: “ Yol xəritəsi ictimaiyyətin diqqətini cəlb etmək məqsədi ilə ortaya qoyulub” - NÜNASİBƏT

Partiya sədri: “ Yol xəritəsi ictimaiyyətin diqqətini cəlb etmək məqsədi ilə ortaya qoyulub” - NÜNASİBƏT

İctimai Palatanın "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədi ictimaiyyətin diqqətini cəlb etmək məqsədi ilə ortaya qoyulub. SİA-nın xəbərinə görə, bu sözləri Demokratik Sol Partiyasının sədri Elşən Manafov deyib.

O, qeyd edib ki, sənəddə ehtiva edilən maddələr reallığı əks etdirmir: "İctimai Palatada təmsil olunan siyasi qüvvələr həmin konsepsiyasında avtoritar rejimdən demokratik rejimə keçidi özündə ehtiva edir. İlk növbədə İctimai Palatada təmsil olunan siyasi qüvvələr son parlament seçkilərinin nəticələrindən narazı qalan və indiki parlamentin legitimliyini tanımaqdan imtina ediblər. Dünya Birliyi, Avropa insitutları, MDB-nin özündəki digər insitutlar parlament seçkilərin nəticələrini tanıyıblar və bu parlament yetərincə legitimli parlamentdir. İkincisi parlamentin legitim olmasını təsdiq edən amil seçkilərdə iştirak edən müxalifət partiyalarının seçkilərin nəticələrini legitimliyin tanıması ilə bağlı verdiyi bəyanatlar oldu. Azərbaycanın AŞPA-da, BMT-də və xüsusilədə MDB dövlətləri ilə münasibətlərinin rakursunda Azərbaycanın keçirdiyi müəyyən seçkilər adı çəkilən qurum və dövlətlər tərəfindən tanınıb\".


Partiya sədri vurğulayıb ki, İctimai Palatada təmsil olunan qüvvələr iddia edirlər ki, Azərbaycanda müxalifəti yalnız onlar təmsil edirlər və İctimai Palatadan kənar qüvvə yoxdur. Lakin cəmiyyət isə fərqli mövqedədir: "Güman etmirəm ki, qurumda təmsil olunan siyasi qüvvələr həqiqətən Azərbaycanda müxalif elektaratların səslərinin əksəriyyətinə iddia edə bilər. Çünki, son parlament seçkiləri göstərdiki, Müsavat və AXCP bu seçkilərdə seçicilərin kifayət qədər səsini toplaya bilmədi. İctimai palatanın nəzər nöqtəsincə Azərbaycan Belarusya səviyyəsində olan bir dövlətdir. Onların fikrincə Azərbaycanda narazılıqlar mövcuddur. Lakin özləri ictimai asayışın pozulması ilə nəticələnən nümayişlər keçirir. Bununla belə həmin aksiyalara cəmiyyət tərəfindən ciddi dəstək olmadı.

Buda onu göstərir ki, hakimiyyətin həyata keçirdiyi siyasət bu və ya digər mənada cəmiyyətin mütləq əksəriyyətini təşkil edən seçiciləri təmin edir".


Bütün xəbərlər Facebook səhifəmizdə