Dövlət başçısı İlham Əliyev Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfər edib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə məlumat verilib ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son vaxtlarda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB