Səbuhi Abbasov: “Azərbaycan mediasında qeyri-peşəkar insanların olması mətbuatı nüfuzdan salır” - AÇIQLAMA

Səbuhi Abbasov: “Azərbaycan mediasında qeyri-peşəkar insanların olması mətbuatı nüfuzdan salır” - AÇIQLAMA

1998-ci ildən Ulu öndər Heydər Əliyevin sərəncamından sonra mətbuat üzərindən senzura götürüldü və bundan sonra Azərbaycan mətbuat tarixində inkişaf dövrü başladı. Bunu SİA-ya "Mərkəz" qəzetinin baş redaktoru Səbuhi Abbasov Azərbaycan mətbuatının hazırki vəziyyətinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dövlət tərəfindən mediyaya müntəzəm diqqət və qayğı göstərilməsinə, dövlət proqramı qəbul olunmasına baxmayaraq bu sahədə hələ də ciddi problemlər mövcuddur: "Birincisi bir çox mətbuat orqanında qeyri-peşəkarlar çalışır ki, həmin qeyri-peşəkarların içində də peşəkarların itib batması təhlükəsi var. Bundan əlavə, bir sıra qonşu ölkələrdə mətbuat orqanları xarici ölkələrə çox rahatlıqla çıxaraq beynəlxalq təşkilatlarla sıx əlaqələr qura bildiyi halda, bizdəki mətbuatın böyük əksəriyyətinin xaricə çıxışının yoxdur. Yəni sırf lokal, yerli şəraitdə fəaliyyət göstərməli olurlar".

Baş redaktor XXI əsrdə qəzet modelinin elə də inkişaf etmədiyini bildirib. O, hətta bir çox Avropa ölkələrinin kağız formatından çıxaraq, online versiyaya keçdiyini qeyd edib. Səbuhi Abbasovun sözlərinə görə, əgər hər hansı bir mətbuat orqanı fakt üzrə əsası olmayan yalan məlumat verirsə, onun ömrü çox uzun çəkmir və uzun illər topladığı auditoriyanı bircə anın içində itirir.

Bütün xəbərlər Facebook səhifəmizdə