Sergey Lavrov: “BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək”

Sergey Lavrov: “BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək”

BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. SİA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov finlandiyalı həmkarlı ilə keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, bu il dekabrın 12-də keçiriləcək BMT Baş Assambleyasının 66-cı sessiyasının proqram layihəsində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr"lə bağlı müzakirələr keçiriləcək. Bu barədə artıq BMT Baş Assambleyasının 66-cı plenar sessiyasının iş proqramında əks olunub. Hər iki məsələnin müzakirəsi təşkilat tərəfindən təklif olunsa da, 65-ci sessiya ərzində səs verilməyib.

Məlumata görə, 66-cı sessiyada müzakirə olunacaq hər iki məsələ ilə bağlı əhəmiyyətli irəliləyişin olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə